Münhen, Ankara səfəri sübut etdi ki, bölgədə tamamilə yeni reallıq yaranıb
21 Fevral 2024 13:14 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin Münhen, Ankara səfəri və bu səfərlərin yekunları bir daha onu sübut etdi ki, 7 fevral prezident seçkilərindən sonra bölgədə tamamilə yeni reallıq yaranıb və dünya birliyi də ölkəmizin yaratdığı bu reallığı qəbul edərək ona uyğun siyasətini müəyyənləşdirməkdədir. "Olaylar" xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev deyib. Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində cənab Prezidentin yüksək səviyyədə keçirdikləri görüşlər və aparılan müzakirələr Azərbaycanın yeni dünya düzənində beynəlxalq miyasda ciddi aktor rola malik olduğunu ortaya qoydu. "Məhz cənab Prezidentin yürütdüyü siyasət nəticəində dünya birliyi Azərbaycanın şərtlərini qəbul edib, müəyyən etdiyi gündəliklə hesablaşırlar. Bunun üçün ABŞ Dövlət katibi Antoni Blinken, Almaniya kansleri Olaf Şolts və digər görüşlər və müzakirə olunan məsələlər bunun bariz nümunəsidir. ABŞ Dövlət katibi yeni dünya düzənində Azərbaycanın xüsusi rolunu qeyd edərək, indiki zaman kəsiyi Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsini çox yüksək dəyərləndirib. COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu bəyan edib. ABŞ yaxşı bilir ki, Azərbaycan belə bir mötəbər beynəlxalq tədbirin keçirilməsinin öhdəsindən layiqincə gələcək. Çünki artıq Azərbaycanın belə mötəbər beynəlxalq tədbrilər keçirmək təcrübəsi var. Bu eyni zamanda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Dünya birliyi də bunu görür, dəyərləndirir və ölkəmizlə hesablaşmalı olurlar", -o qeyd edib.
Deputat əlavə edib ki, Münhen səfərində diqqət çəkən əsas məsələlərdən biri də İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi istiqamətində keçirilən görüşlər və müzakirələrdir: "Bu məsələdə də Bakı öz şərtini diqtə edəərk müəyyən etdiyi gündəliyə əsasən görüşlər keçirildi. Azərbaycan Ermənistanla münasibətlərin hər hansı üçüncü vasitəçi tərəfin iştirakı olmadan həllinin tərəfdarı olduğunu açıqlayıb. Prezident 14 fevralda andiçmə mərasimində bəyan etdi ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi beynəlxalq gündəliyi məşğul etməməlidir və gündəlikdən çıxarılmalıdır. Yerdə qalan məsələlər isə ikitərəfli əsasda İrəvanla Bakı arasında müzakirə olunmalıdır. Bu istər Almaniya kanslerinin təşəbbüsü ilə Ermənistan baş naziri Nikol Paşinyanla baş tutan görüşdə, istərsə də ABŞ Dövlət katibi Blinkenlə görüşdə əsas aparıcı xətt olaarq qaldı. Prezident İlham Əliyev Blinkenlə görüşündə bu məsələyə toxunaraq bəyan etdi ki, artıq regionda de-fakto sülh mövcuddur və Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir. bu isə o deməkdir ki. hər hansı üçüncü qüvvə bu proseslərə müdaxiləsinə imkan verilməyəcək. Azərbaycan Prezidenti hesab edir ki, müharibədən sonra bölgədə formalaşmış yeni şəraitdə iki ölkə arasında münasibətlərin tənzimlənməsi və sülhün əldə olunması məhz ikitərəfli formatda daha çox səmərə verə bilər. Daha tez sülhə nail olmaq olar. Onsuz da son dövrlərdə Bakı ilə İrəvan arasında ikitərəfli formatda görüşlərin keçiirlməsi bir ənənə halını alıb və bu görüşlər müsbət nəticə də verməkdədir. Cənab Prezident Blinkenlə görüşündə də bəyan etdi ki, Azərbaycan sülhə sadiqdir və milli maraqlara cavab verir. İndi seçim Ermənistanındır. Ermənistan doğrudan da sülh istəyirsə, o zaman ikitərəfli formatda danışıqları davam etdirərək qısa müddətdə hər iki tərəfi qane edən sülh razılaşmalarının əldə olunmasına nail ola bilərik.
Əgər Azərbaycan hər hansı məsələ ilə bağlı mövqeyini ortaya qoyursa, ona nail olub və bundan sonra da nail olacaq. Bunun parlaq nümunəsi Fransadır. Necə ki, Bakı sülhə zərər verən Fransanı danışıqlar prosesindən uzaqlaşdırdı. Çünki Azərbaycanla təzyiq, diqtə dili ilə heş kim danışa bilməz və buna imkan verilməyib verilməyəcək də... Əksinə Azərbaycan sülhə xəxləl gətirmək istəyən qüvvəyə qarşı daha sərt və yerində adekvat reaksiya verəcək. Biz bunun 12 fevralda Zəngəzurdə Azərbaycanla şərti sərhəddə baş verən təxribat zamanı şahidi olduq.
Bu məsələ cənab Prezidentin Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşündə də əsas məsələlərdən biri oldu. Prezident Ərdoğan bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldığını və Ermənistanın bu fürsət pəncərəsini dəyərləndirəcəyinə ümid etdiyini bəayn edib. O eyni zamanda üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edib.
Prezident İlham Əliyevin Ankarada İkinci Qarabağ savaşı və keçirdiyimiz antiterror əməliyyatı Türkiyənin ordu modelinin Azərbaycanda artıq tam oturuşması və bundan sonra bölücü, separatçı qüvvələrə heç vaxt yer olmayacağı barədə verdiyi bəyanat əslində Ermənistanın havadarlarına ciddi mesaj idi. Ermənistanın havadarlaırn bundan dərs çıxarmalı və Azərbaycana qarşı çirkin niyyətlərindən əl çəkməlidir. Onsuz da bu cür cəhdlər iflasa uğradığı kimi, bundan sonra da iflasa uğrayacaq.
Ankara səfəri eyni zamanda Türk bilriyinin gələcək inteqrasiyası və bir güc mərkəzi kimi formalaşması baxımdan mühüm əhəmiyyət kəsb edir. Ankara səfəri Türk dünyasının beynəlxalq aləmdə yeni güc mərkəsi kimi formalaşmasına öz töhfəsini verəcək".