Azərbaycan və Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir- ÖZƏL

"Bu gün Türkiyə əhəmiyyətli sosial-iqtisadi və elmi-texniki tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilib". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyevin sözlərinə görə, xalqlarımızın istək və iradəsindən qaynaqlanan Azərbaycan və Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir. Dostluq və qardaşlıq zəmini üzərində qurulan dövlətlərarası münasibətlərin bu səviyyəyə gəlib çatmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri var. Çoxşaxəli ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi yolunda dövlət başçılarının qətiyyətli siyasəti, qardaş ölkənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvidə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Qardaşlığın rəmzi olan bir Bəyyannamədir. Müttəfiqlik haqqinda imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyənnamədə göstərilən bütün müddəalar keyfiyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. İmzalanmış Bəyənnamə tarixə əsaslanır və möhkəm təmələ malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31