Prezidentin Münhen səfərini Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi hesab etmək olar-Özəl
21 Fevral 2024 12:41 Siyasət"Cənab Prezidentin Münhen səfərini Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi hesab etmək olar". Bunu "Olaylar"a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib. Onun szölərinə görə, Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakları da çox uğurlu olub. "Cənab Prezident Münhen Təhlükəsizlik Konfransının bir neçə il bundan öncə keçirilən toplantısında təşkil olunan dialoqda hamını heyran edən sərrast diplomatik cavabları ilə Ermənistanın baş naziri Nikol Paşinyanı rəzil günə salması yəqin hamının yadındadı. Yəqin ki, tədbir iştirakçılaırnın gülüş hədəfinə çevrilən Paşinyanın "Kokeyşn büro" ifadəsi də hamının yadındadır. Bu ifadə sonra da bir trend oldu", - o qeyd edib
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Münhen Təhlükəszilik Konfransında iştirakı və orada keçirdiyi görüşlər çox böyük tarixi siyasi əhəmiyyət daşımaqla yanaşı, yürütdüyü xarici siyasətin qələbəsi idi: "Kollektiv Qərb və beynəlxalq aləm nəinki Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallığı, eyni zamanda bölgənin gündəliyini də müəyyən etdiyini qəbul edir. Bu özünü Ermənistanla Azərbaycan arasındakı münasibətlərin tənzimlənməsi ilə bağlı həm Ermənistan baş naziri Nikol Paşinyanla təşkil olunan görüşdə, həm də Almaniya kansleri Olaf Şolts və ABŞ Dövlət katibi Antoni Blinkenlə keçirilən görüşdə açıq şəkildə biruzə verildi. Cənab Prezident bəyan edib ki, Ermənistanla Azərbaycan arasında faktiki sülh mövcuddur və bu məsələnin beynəlxalq gündəliyi zəbt etməsinə ehtiyac yoxdur. Bu məsələ İrəvanla Bakı arasında ikitərəfli formatda danışıqlar yolu ilə həllini tapmalıdır. Hətta Prezident İlham Əliyev Blinkenlə görüşdə bəyan etdi ki, bölgədə de-fakto sülh var və Vaşinqtonla Bakı arasında ikitərəfli əlaqələr Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə inkişaf etdirilməlidir. Bununla da Prezident Ermənistandan bir vasitə kimi istifadə edib bölgədə gərginliyin davam etməsində maraqlı olan gücləri kənarlaşdırmış oldu. Üçüncü kənar qüvvələrə mesaj verdi ki, onların cəhdləri nəticə verməyəcək və boşa çıxacaq. odur ki, bütün bunlardan Ermənistan və havadarları dərs çıxarmalıdır. Onlar dərs çıxarmadıqca Azərbaycan onlaırn burnunu ovacaq və bundan isə daha çox itirən tərəf ermənilər olacaq".