İqtidar-xalq birliyinin təmin olunması yeni dövrə yeni prinsiplərlə daxil olmaq üçün əsaslar yaradıb- ÖZƏL
21 Fevral 2024 11:01 Siyasət"Məhz ötən 20 il ərzində cənab İlham Əliyevin rəhbərliyi altında həyat keçirilən islahatlar, icra olunan infrastruktur layihələri, güclü iqtisadiyyatın, ordunun qurulması, daxili sabitliyin və iqtidar-xalq birliyinin təmin olunması yeni dövrə yeni prinsiplərlə daxil olmaq üçün mühüm əsaslar yaradıb". "Olaylar" xəbər verir ki, bunu deyən Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlının sözlərinə görə, heç şübhəsiz ki, 30 ildən artıq müddət ərzində düşmən işğalında olan torpaqlarımızın məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad olunması yeni dövrün başlanmasını şərtləndirən ən mühüm amildir: "Torpaqlarımızın işğal altında olduğu müddətdə "beynəlxalq güc"lər bizi çaşdırmaq üçün, başqa sözlə gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtılıb və açıq-aydın bəlli olub ki, dost kimdir, düşmən kimdir. Bu vəziyyət həm də imkan verir ki, qarşıdakı dövr ərzində daha azad, daha müstəqil və daha ötkəm siyasət yürütməklə dövlətimizin və xalqımızın yeni inkişaf mərhələsinə adlamasına nail olaq. Hazırda Azərbaycanın ixrac coğrafiyasının, eləcə də ərazilərimizdən keçən və keçəcək nəqliyyat qovşaqlarının genişləndirilməsi, şaxələndirilməsi, rəqabətədavamlı istehsal potensialının yüksəldilməsi, əhalimizin sosial rifah halının daha da yaxşılaşdırlması istqamətində müntəzəm addımların atılması, təhsil, səhiyyə, mədəniyyət sahələrindəki innovativ addımlar yeni yanaşamalar üçün baza formalaşdırıb. Düşməndən azad edilmiş ərazilərimizdə yeni quruculuq işləri, məcburi köçkünlərin öz ata yurdlarına qayıdışının yüksək səviyyədə təşkilini də bura əlavə etsək deyə bilərik ki, artıq yeni inkişaf dövrünün təməli qoyulub".