Bu, təkcə Kamil Zeynallı məsələsi deyil- ÖZƏL

"Ermənistan tərəfi Azərbaycan vətəndaşı idmançı Kamil Zeynallını beynəlxalq axtarışa verib. Nəticədə Rusiyada Kamil Zeynallı saxlanılıb. Onun Ermənistana təhvil verilməsi qeyd edilir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu təkcə Kamil Zeynallı məsələsi deyil: "Ermənistanın tələbi ilə Rusiyaya gedib-gələn və digər ölkələrə səfər edən siyasi-ictimai şəxslərin həbs olunması gündəmə gələcək. Ona görə də Azərbaycan tərəfi Rusiyadan Ermənistanın tələbi ilə saxlanılan vətəndaşına kömək etməlidir və həbsinə imkan verməməlidir. Rusiyanın bu addımı atması, Azərbaycana qarşı yeni siyasi təzyiq alətidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31