Deputatlarımız Belarusda keçiriləcək seçkiləri müşahidə edəcəklər

Milli Məclisin deputatları Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasınavə yerli deputat şuralarına seçkilərdə müşahidəçi qismində iştirak etmək üçünfevralın 22-də bu ölkənin paytaxtı Minsk şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, deputat İltizam Yusifov MDB PA-nın xətti ilə, deputat Sabir Hacıyev MDB İcraiyyə Komitəsinin xətti iləseçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçki prosesini müşahidə edəcək, vətəndaşların fəallığına, seçicilərin hüquqlarının təmin olunmasına diqqət yetirəcəklər.

Səfər fevralın 27-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31