Bu, Azərbaycan-Türkiyə münasibətlərinə müsbət təsir göstərəcək haldır- ÖZƏL
20 Fevral 2024 22:56 Siyasət"Azərbaycan-Türkiyə münasibətləri Azərbaycanın bir dövlət kimi tarix səhnəsinə çıxdığı bütün dövr ərzində xüsusi seçilib. Etiraf olunmalıdır ki, bu münasibətlər daha çox Azərbaycanın 3-cü Prezidenti Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusi ölçü qazanıb".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Cəmaləddin Quliyev qeyd edib:
" 2003-cü ildə Azərbaycan Respublikasının 4-cü Prezindeti İlham Əliyevin hakimiyyətə gəldikdən sonrakı dövrdə bu münasibətlər daha da inkişaf edərək yeni sahələri əhatə edib. Bu dövr ərzində Azərbaycan Prezidenti həmişə seçkilərdən sonra bir ənənə olaraq ilk xarici səfərini Türkiyəyə edir. Bu, son 20 il ərzində belədir, yenə də bu ənənə pozulmadı. İlham Əliyev Prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə etdi. Təhlükəsizlik Konfransındakı iştirak dəvət əsasında baş verən iştirakdır. İki tərəfli ölkələrarası səfərlər xarakterində deyil. Türkiyə Azərbaycan Prezindentinin də qeyd etdiyi kimi bu gün dünyada xüsusi mövqeyi olan, qəbul olunan beynəlxalq oyunçu, beynəlxalq hadisələrə yön verə bilən ölkədir. Azərbaycan Türkiyənin uğurlarında yalnız sevinmir, həm də müəyyən qədər payı var. Türkiyənin bu gün Avropa üçün, dünya üçün enerji xalqına çevirilməsində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin, xüsusən də vaxtı ilə döyüş müqavimətinə, Qərb, İran, Rusiya tərəfindən böyük müqavimətə baxmayaraq Bakı-Tblisi-Ceyhan layihəsinin həyata keçirilməsi, daha sonra qaz, Bakı-Tblisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi, Türkiyənin neft-qaz sənayesinin Azərbaycana sərmaye yatırması, öz təcrübəsini bölüşməsi və s. Türkiyənin Avropanın mühim enerji xalqına çevirilməsinə kömək etdi. Bu gün bu əlaqələr daha da genişlənməkdədir. Orta Asiyanın, xüsusilə Türkmənistanın və Qazaxıstanın, eləcə də İranın neft-qaz ehtiyatlarının gələcəkdə Azərbaycanın üzərindən Türkiyə vasitəsi ilə Avropaya daşınması layihələri mövcuddur. Bu cür layihələr sadəcə iqtisadi maraqlardan irəli gəlmir, vaxtı ilə Heydər Əliyevin ifadə verdiyi kimi bizim bir millət, iki dövlət anlaşıyla yanaşmağımızdan irəli gəlir. Bu birtərəfli münasibət olmayıb. Azərbaycanın uğurlarında, itirilmiş torpaqlar üzərində öz suverenliyini bərpa etməsində Türkiyənin xüsusi rolu var. Azərbaycan Ordusunun modernləşdirilməsində, silahlı təchizatında Türkiyənin xüsusi rolu var. Azərbaycan Ordusu İkinci Qarabağ Müharibəsindən sonra öz inkişaf yolunu məhz Türkiyə Ordusu modelində seçib. Yeni təyinatlar vaxtı ilə Türkiyədə təhsil almış, təcrübə keçmiş şəxslərdən ibarətdir. Bu da Azərbaycan-Türkiyə münasibətlərinin hansı səviyyəyə çatdığını göstərir. Azərbaycanın həyata keçirdiyi iqtisadi, siyasi, mədəni layihələr vaxtı ilə xəyal kimi görünən "Turan" ideyasının siyasi məzmun qazanmasına xeyli kömək edib. Bu sahədə görüləcək çox böyük işlər var. Prezidentin andiçməsindən də məlum olduğu kimi, ölkəmizin yeni hədəfi Türk Dövlətləri Təşkilatının real məzmun kəsb etməsi, daha da güclənməsinə yönəlik layihələrə imza atmaqdır. Bu da Azərbaycan-Türkiyə münasibətlərinə müsbət təsir göstərəcək haldır.
İki ölkə arasındakı ticarət dövriyyəsi durmadan güclənmədədir, Azərbaycanın ticarət dövriyyəsi artıq 7.5 milyard dollara çatıb. Ötən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib. Çoxlu sayda birgə layihələr həyata keçirilir və bu layihələrdən biri də Prezidentin son səfəri zamanı Azərbaycan-Türkiyə universitetinin yaradılması məsələsidir. Yeni təşəbbüslər münasibətləri yeni səviyyəyə qaldırır. Güman edirik ki, Azərbaycan Prezidentinin son səfəri qeyd etdiyimiz müsbət dinamikanı daha da inkişaf etdirəcək və Ümummilli Liderin irəli sürdüyü "bir millət, iki millət" konsepsiyası yeni məzmun qazanacaqdır".