Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Olaylar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilsin:

Quliyev Kənan Adil oğlu - Daxili təhlükəsizlik baş idarəsinin rəisi

Bəylərov Elçin Bəylər oğlu - Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31