Bu dəfəki səfər həm də çox böyük əhəmiyyətə malikdir-Tural İsmayılov- ÖZƏL

"Prezident İlham Əliyevin Türkiyəyə səfəri Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin davamı kimi xarakterizə edilə bilər". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Nəzərə almaq lazımdır ki, bundan əvvəlki dövrlərdə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə qələbə qazandıqdan sonra ilk səfərini Azərbaycana ya da Şimali Kipr Türk Cümhuriyyətinə həyata keçirirdi. Cənab Prezident İlham Əliyev də əvvəlki seçkilərdəki qələbəsində də həmişə birinci qardaş ölkə Türkiyəni ziyarət edibdir. Bu dəfəki səfər də bu baxımdan həm simvolik xarakter daşıyır, həm də çox böyük əhəmiyyətə malikdir. Birincisi, Azərbaycan və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq edirlər, yaxşı münasibətlər var. Həmçinin Şuşa bəyannaməsindən sonra iki ölkənin qardaşlıq münasibətləri ən üst səviyyəyə çatıb. Digər tərəfdən Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycanın xarici siyasət vektorları ilə bağlı ailə ifadəsini işlətdi. Türk dünyasını da ortaq ailə adlandırdı. Təbii ki, Azərbaycan Prezidentinin də ortada türk dünyasının birliyi, taleyi, gələcəyiylə bağlı aydın və konkret mövqeləri vardır. Bütün bunlar Azərbaycan Türkiyə münasibətlərinin ruhunu xarakterizə edir. Bu baxımdan Prezidentin ilk dövlət səfərini seçildikdən sonra Türkiyəyə etməsi, həmçinin Türkiyədə Azərbaycanla ortaq şəkildə universitet yaradılması haqqında qərar verilməsi, iki ölkə rəhbərinin bir-biri haqqında söylədiyi fikirlər bizim qardaşlığımızın növbəti dəfə dünyaya nümayiş etdirilməsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31