Ankaradan verilən mesajlar İrəvan və havadarlarına xəbərdarlıq idi- ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada verdiyi birgə bəyanat  Ermənistan və onun havadarlarına  ciddi xəbərdarlıq sinqalı idi. Bunu "Olaylar"a açıqlamasında deputat Kamran Bayramov deyib. Deputat ilk olaraq bildirib ki,  Azərbaycan Prezidenti cənab İlham Əliyev  yenidən xalqın etimadını qazanıb prezident seçildikdən sonra Türkiyəyə səfəri  böyük siyasi əhəmiyyət daşıyır. "Azərbaycan Prezidenti  ilk səfərini Türkiyəyə etməsi  ölkələrimiz qardaşlıq ənənəsinə sadiq qaldığını  sübut etdi. Bu səfər iki  qardaş ölkə arasında əməkdaşlığın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı "Bir millət, iki dövlət" şüarı əsasında irəlilədiyini göstərdi və  dünya birliyi bir daha buna şahidlik etdi.   Hər iki qardaş ölkənin liderlərinin verdiyi bəyanatlar bir daha onu sübut etdi ki, Azərbaycanla Türkiyə həm xoş günlərində, həm də çətin və dar günlərində bir-birinə arxa dayaqdır.  Dünya birliyi  bundan sonrakı dönəm üçün də  birgə fəaliyyət  istiqamətindəki fəaliyyətləri barədə mesajları almış oldu. Mesaj ondan ibarət idi ki, hər iki ölkə arasında əlaqələr daha da dərinləşəcək və bu əməkdaşlıq təkcə bölgədə sülhə, əmin-amanlığa, əməkdaşlığa deyil, bütövlükdə türk dünyası və Avrasiya coğrafiyasına öz töhfəsini verəcək", - o qeyd edib.
Deputat əlavə edib ki,  görüşdə  mühüm məsələlərdən biir də  İrəvanla Bakı arasında  davamlı sülhün  əldə olunması istiqamətindəki məsələlərin müzakirə olunmasıdır: "Prezident Ərdoğan bəyan edib ki, bu prosesdə türkiyə indiyədək olduğu kimi bundan sonra da  Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edəcək.   Türkiyə prezidenti mesaj verdi ki, bölgəmizdə davamlı sülhə nail olmaq üçün tarixi bir fürsət pəncərəsi açılıb və bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ərdoğan Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olacağına inandığını bəyan etdi.  O eyni zamanda sülhə mane olmaq istəyən  üçüncü   tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət etdi.  Ermənistan və havadarları bu mesajdan ciddi nəticə çıxarmalıdır.  Çünki Azərbaycan artıq istəyinə nail olub və indi sülh bizdən daha çox Ermənistana lazımdır. əgər Ermənistan  öz dövlətçiliyini qoruyub inkişaf etdirmək istəyirsə, o zaman Bakının şərtlərini qəbul etməlidir. Onun başqa alternativi yoxdur.  İsətnilən digər cəhdlər isə Ermənistan üçün yeni fəlakət deməkdir və fevralın 12-də baş verən təxribat bunun bariz nümunəsidir.  Prezident İlham Əliyev Ərdoğanla   görüşündə bəyan etdi ki, İkinci Qarabağ savaşı və bundan düz 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri  Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşduğunu göstərdi. Yəni Azərbaycan ordusu dövlətimizə qarşı istənilən təhlükəni dəf etməyə və qarşısında duran hədəflərə nail olmağa qadirdir.  Məhz Azərbaycan ordusunun gücü hesabına ölkəmizin suverenliyini tam  bərpa olunub və bundan sonra  hər hansı bölücü, separatçı qüvvələrə  bundan sonra Azərbaycan ərazisində heç vaxt yer olmayacaq. istənilən cəhdin qarşısı qətiyyətlə alınacaq. Necə ki, 12 fevralda belə cəhdin qarşısı yerindəcə alındı.
Ankarada  beynəlxalq aləmə verilən ikinci əsas mesaj türk dünyasının yeni güc mərkəzi kimi ortaya çıxması ilə bağlı idi.  Cənab İlham Əliyev tamamilə düzgün buyurdu ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil,  artıq Avrasiya üçün önəmli amilə çevrilib. İki qardaş ölkə bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək  bütün məsələlərdə bir nöqtəyə vurur. Bununla da güclərinə əlavə güc qatırlar. Təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının (TDT) hər bir üzvünü gücləndirəcək. TDT-nin iyulda  Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək. Birgə fəaliyyət nəticəsində TDT  siyasi, iqtisadi və hərbi cəhətdən  yeni güc mərkəzi kimi ortaya çıxacaq. Hər hansı güc artıq bu prosesə mane ola bilməz. Liderlər bu istiqamətində öz açıq mövqelərini dünya birliyinə bəyan ediblər.  Digər tərəfdən cənab İlham Əliyev  fevralın 14-də keçirilən andiçmə mərasimində bəyan etdi ki, Türk dünyası ilə əlaqələrin inkişafı xarici siyasətin əsas ana xətini təşkil edəcək.  Türk dünyasında həmrəyliyin. əməkdaşlığın inkişafı Azərbaycanın gücünə əlavə güc qatacaq və qarşısında duran  hədəflərə nail olmasına, dünyadakı nüfuzunun daha da möhkəmləndiirlməsinə öz töhfəsini verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31