"Bu, gələcək dönəmlərdə istər ordu, istər təhsil sahəsində həmişə trend olacaq-Əziz Əlibəyli- ÖZƏL

"Türkiyə-Azərbaycan münasibətlərinin indiki mərhələsi gələcəkdə atılacaq addımların əsasını təşkil edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:

"Bu addımların içində regional əməkdaşlıq, Türk dünyası üzrə qarşılıqlı əməkdaşlıq, iki ölkə arasında hərbi əməkdaşlıq, xarici təhdidlərə qarşı birgə mübarizə aparmaq və dünyanın dəyişən reallıqları kontekstində ölkənin güclü hərbi ittifaqı var. İndiki mənada təhdidlərə cavab vermək üçün unikal yanaşmanı özündə əks etdirir, amma nəzərə alaq ki, qarşıda bizi daha təhlükəli məqamlar gözləyir və bu istiqamətdə Türkiyə-Azərbaycan münasibətlərinin daha dərindən əməkdaşlıqlarla, iş birliyi ilə inşa olunmasına geniş ehtiyac var. Prezidentlərin hər ikisinin də bu zəruriyyətə diqqət çəkməsi onu göstərir ki, əməkdaşlıqların sıx şəkildə davam etdirilməsi və dərinləşdirilməsi qarşıdakı dönəmlərdə istər ordu, istər təhsil sahəsində həmişə trend olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31