Prezident çıxışında “barıtın daima quru saxlanılmasına” işarə etdi- ÖZƏL
20 Fevral 2024 11:02 Siyasət"7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəlmiş Prezident İlham Əliyevin andiçmə mərasimində bir saat otuz dəqiqə heç bir sənədə baxmadan, çoxsaylı rəqəmlər və tarixlər misal gətirərək nitq söylədi". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Veteranlar Şurasının üzvü Əli Həsənovun sözlərinə görə, cənab Prezident nitqində ölkənin prioritet problemlərini ardıcıl olaraq qeyd etdi: "Təhlükəsizlik, ordu quruculuğu, gənc nəslin tərbiyəsi, iqtisadi məsələləri xüsusən vurğuladı, yəni "barıtın daima quru saxlanılmasına" işarə etdi. Ölkənin yeni hədəflərini diqqətə çatdırdı. Son 20 illik prezidentlik fəaliyyəti dövründə ölkənin uğurlarını 2003-2023-cü illərin müqayisəsi ilə rəqəmləri sadaladı. Son 20 il ərzində ölkədə olan problemlərin ilbəil həllinin geniş izahını verdi. Xüsusən, 30 il Ermənistanın işğalı altında olan torpaqların 44 gündə işğaldan azad olması və lokal antiterror əməliyyatı zamanı ərazi bütövlüyü bərpa olanda bəzi dünya ölkələrinin rəhbərlərinin və beynəlxalq təşkilatların ona göstərdikləri təzyiqlərə baxmayaraq, öz müstəqil prinsipindən dönməyərək məqsədinə nail olduğunu bir daha açıqladı".