Azərbaycan heç bir zaman üstünlüyünü əldən verməyəcək- ÖZƏL

"Ermənistan əhalisi əmin olsun ki, Fransa da daxil olmaqla bu ölkənin  Azərbaycandakı Səfirliyi də nə edirsə etsin, kim hardan nə silah yardımı edirsə etsin, Azərbaycan heç bir zaman üstünlüyünü əldən verməyəcək. Azərbaycana qarşı bu addımın kimin atmasından asılı olmayaraq heç bir vaxt cəzasız qalmayacaq". "Olaylar" xəbər verir ki, bunu deyən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə,  Fransa ermənilərə şirin vədlər və bir miqdan silah hədiyyə edib, erməni ordusundan sağ qalan heyətin həyatını qara günlük etməyə çalışır: "Ermənistana uzun illər rəhbərlik edənlər hay ordusunun potensialı məsələsində əhalini daim uğurla aldadıblar. Nəticədə ermənilər nə keçmiş, nə də indiki dövlət başçısını sevə bilmirlər. Hətta Nikoldan sonrakı hakimiyyərt də nifrətlə qarşılanacaq. Buna səbəb ermənilərin daim rəhbərlərin dilindən həqiqəti deyil, eşitmək istədiyi sözləri eşitməsi olub. Hələ də az sayda ermənilər yalanlarla dolu revanş barədə vədlər verən Kreml çeburaşkası Sarkisyana və ya Fransanın verdiyi silahlara inanır. Halbuki erməniləri Serj Sarkisyan qədər şirin vədlərlə aldadan, Aprel döyüşlərinin nəticələri barədə xalqa yalan məlumat verən ikinci bir lider olmayıb. Sarkisyan 2012-ci ildə XTQ-nin imkanları və keçirdiyi əməliyyatlar ilə tanış idi, qüvvələr nisbətinin tamamilə Azərbaycanın xeyrinə dəyişdiyini və müharibə başlasa Silahlı Qüvvələrimizin Ermənistanı aşsüzənə döndərəcəyini bilirdi, amma bu barədə erməni xalqına yalan məlumatlar verirdi,xalqı aldadırdı. 
Nikol və onun komandası da hakimiyyətinin ilk iki ilində eyni yolu tutmuşdu. Amma 2020-ci ilin oktyabrın 2-də Azərbaycan Ordusu Cəbrayılı azad edəndə Nikol 1500 nəfər erməni fərarisinin olduğunu eşidib qəflət yuxusundan ayıldı və Ermənistan parlamentində "Ətraf rayonları verək, Qarabağı xilas edək" təklifini səsləndirdi. S.Sarkisyan və O.Qasparyanın şirin nağılları ilə mayalanan eməni deputatlar isə Nikola "Döyüşəcəyik" cavabı ilə qəti etiraz etdilər. Yaxşı ki, etiraz etdilər.
Nəticədə Qarabağ da, ətraf rayonlar da, Şərqi Zəngəzur da, Qərbi Zəngəzurun enini və uzununu müşahidə edən yüksək dağlar və zirvələr də bizimdir. Ermənistan isə Əsgərimiz və Aili Baş Komandanımız sayəsində bu sadəcə minlərlə fəraridən ibarət, onurğası sındırılmış, döyülmüş və söyülmüş aşsüzənlərdən ibarət yarımtörədici orduya malikdir. Üstəgəl bu şorbası süzulən fərarilərin aldığı nəfəs də nəzarətimizdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31