Ermənistanın siyasi təzyiq kampaniyası fiaskoya uğradı- ÖZƏL
20 Fevral 2024 10:10 Siyasət"Ermənistan Azərbaycana qarşı Qərbdə başlatdığı siyasi təzyiq kampaniyası Münhen Təhlükəsizlik Konfransı gedişində fiaskoya uğradı". "Olaylar" xəbər verir ki, bunu deyən MCP Başqanın müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə, məhz Münhen Təhlükəsizlik Konfransında N. Paşinyan çalışırdı ki, Azərbaycan nümayəndə heyəti Qərb siyasiləri tərəfdən boykot edilsin və qəbul edilməsin: "Şərti sərhəddə Ermənistanın Azərbaycana qarşı təxribatları bunun üçün hazırlanmışdı. Amma, prezident İlham Əliyevin apardığı siyasət N. Paşinyanı pat vəziyyətinə qoydu. Münhendə siyasi liderlər və rəsmilər Azərbaycan prezidenti ilə görüşmək üçün növbəyə düzülmüşdü. Almaniyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri biraraya gələrək müəyyən şifahi razılaşmalara getdi. Göründüyü Qərbin Azərbaycana qarşı performansı heç də Ermənistanın gözlədiyi şəkildə olmadı. Yerevan artıq anlayır ki, beynəlxalq təzyiqlər Azərbaycana qarşı işləmir".