Azərbaycan üçün önəmli məsələ regional sabitliyin olmasıdır-İlyas Hüseynov-ÖZƏL

"Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti Münxenə səfəri çərçivəsində ABŞ dövlət katibi Blinkenlə görüşdü". 

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Azərbaycan-ABŞ əlaqələrinin çox yaxşı potensialı olduğunu qeyd edə bilərik. Xüsusilə enerji və təhlükəsizlik sahəsində münasibətlərin dərinləşdirilməsi imkanı mövcuddur. Eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının əsas təşəbbüskarı Azərbaycandır. Azərbaycan regional təhlükəsizlik sisteminin gücləndirilməsində maraqlıdır. Azərbaycan üçün önəmli məsələ bundan ibarətdir ki, regional sabitlik olsun, investisiya iqlimi yaxşılaşsın və tərəfdaşlıq münasibətləri inkişaf etsin. Eyni zamanda, ABŞ-Azərbaycan arasında olan münasibətlər erməni lobbisinin təsirinə məruz qalmamalıdır, Ermənistan Azərbaycan və ABŞ arasında münasibətlərə müdaxilə etmək imkanına malik olmamalıdır. Azərbaycanla ABŞ arasında olan münasibətlər son dövrlər müəyyən fikir ayrı-seçkiliklərinə, ziddiyyətlərə məruz qalsa da düşünürəm ki, məhz bu görüşdən sibra münasibətləri inkişaf etdirmək mümkün olacaqdır. Bütün Qərb institutları ilə tərəfdaşlığın inkişafı qarşılıqlı faydalı ənəkdaşlığa əsaslanır. Məhz bu müstəvidə həm də COP29 tədbirinin Azərbaycanda keçirilməsi qlobal ekoloji balansın qorunmasına Azərbaycanın verdiyi töhfələr də göz özünə gəlməlidir və məhz bu müstəvidə ABŞ ilə Azərbaycan arasında işbirliyini daha da genişləndirmək zəruridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31