Ərdoğan Azərbaycan xalqına təşəkkür edib

Fevralın 6-da baş verən zəlzələlər zamanı xalqımızla həmrəylik nümayiş etdirdiyinə görə bütün Azərbaycan xalqına təşəkkür etmək istəyirəm.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

"Digər yardımlarla yanaşı, Azərbaycan Kahramanmaraşda 320 hektar sahədə 1000 yaşayış evi və 799 iş yeri tikir. Ötən həftə Maraşda olarkən Azərbaycan bulvarında aparılan işlər barədə məlumat aldıq", - deyə Ərdoğan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31