Bu, Azərbaycanın ABŞ üçün nə qədər önəmli tərəfdaş olmasını bir daha təsdiq edir-Vüqar Əhmədov- ÖZƏL
19 Fevral 2024 16:23 Siyasət"Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ dövlət katibi Entoni Blinkenin görüşündə Azərbaycanla-ABŞ arasında münasibətlərin önəminin bir daha vurğulanması iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov bildirib:
"Blinkenin səsləndirdiyi fikir və göstərdiyi münasibət deməyə əsas verir ki, ABŞ Azərbaycanla əlaqələrə çox böyük önəm verir, COP29 kimi mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi və ABŞ-ın Azərbaycanla bu istiqamətdə əməkdaşlıq perspektivlərini müzakirə etməsi iki ölkə arasında anlaşmanın yüksək səviyyədə olmasından xəbər verir. İki ölkə arasında hər zaman enerji, ticarət, regional təhlükəsizlik və digər sahələrdə mühüm tərəfdaşlıq mövcud olmuşdur və əməkdaşlığın bundan sonra da yuksələn xətlə inkişaf etməsi Birləşmiş Ştatların bir regional dövlət kimi Azərbaycana önəm verməsindən xəbər verir. Eyni zamanda Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev ABŞ Senatının üzvü olmuş və məhşur siyasətçi Con Kerri ilə görüşmüş və COP29-la bağlı məsələləri müzakirə etmişdir. Con Kerrinin COP29 cərçivəsində Azerbaycana səfəri də gözlənilir. ABŞ tərəfi ilə keçirilən belə önəmli görüşlər Azərbaycanın ABŞ üçün nə qədər önəmli tərəfdaş olmasını bir daha təsdiq edir".