Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçiriləcək

Fevralın 21-dən 24-dək Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçiriləcək. Olaylar xəbər verir ki, "Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi" mövzusuna həsr olunmuş sessiyada  40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edəcək.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaqdır. 
Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31