Milli Məclisin deputatı Estoniyaya səfər edəcək
19 Fevral 2024 16:09 SiyasətMilli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova fevralın 19-da bu ölkənin Tallin şəhərinə səfər edəcək. Milli Məclisdən Olaylar-a bildirilib ki,
Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə həyata keçirilən səfər zamanı Milli Məclisin deputatı Estoniya parlamentində bir sıra görüşlər keçirəcək, ikitərəfli münasibətlərin inkişafı, parlamentlərarası əlaqələrin bu günü və gələcəyi barədə fikir mübadiləsi aparacaqdır.
Səfər fevralın 22-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31