Milana Qorenşteyn Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İsraildə yerləşən "Planetar Səhiyyə Təşkilatı" beynəlxalq qeyri- hökumət təşkilatının sədri Milana Qorenşteyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Planetar Səhiyyə Təşkilatı adından ən səmimi təbriklərimizi çatdırıram.

Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan mühüm tərəqqiyə, xüsusilə də iqtisadi inkişafa nail olub. Ölkənizin inkişafı və xalqınızın rifahı istiqamətində gördüyünüz işlər təqdirəlayiqdir.

Planetar Səhiyyə Təşkilatının rəhbəri kimi Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıqda maraqlıyam. İndiki və gələcək nəsillər üçün daha sağlam planetlə bağlı bizim məqsədlərimiz Azərbaycanın bu istiqamətdə gördüyü işlərlə uyğundur.

Cənab Prezident, Sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31