Azərbaycan öz mövqeyində, öz coğrafiyasında kilid ölkədir - ÖZƏL

"Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri əlbəttə ki, hər iki tərəf üçün gərəkli, önəmlidir. Özəlliklə də Amerika Birləşmiş Ştatlarının bizim bölgəmizdə Azərbaycana çox ciddi ehtiyacı var". 
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Nəzərə alsaq ki, Güney Qafqazın kilid ölkəsi Azərbaycandır, təbiidir ki, Amerika Birləşmiş Ştatlarının bizə olan marağı başa düşüləndir. Yəni burada İran məsələsi var, Rusiya məsələsi var, Orta Asiyaya açılma var, bütövlükdə Güney Qafqazın özü var və bütün bunları nəzərə alan Amerika Birləşmiş Ştatları üçün Azərbaycan ən önəmli dövlətlərdən biridir. 
Digər tərəfdən də cənab prezidentin andiçmə mərasimində qeyd etdiyi bir məqam vardı: "bizim ailəmiz türk ailəsidir, bizim yerimiz türk dövlətlərindədir", Yəni Amerika Birləşmiş Ştatları üçün həm də bu baxımdan Azərbaycan önəmlidir. Çünki Azərbaycan Türk Dövlətləri Təşkilatının ən vacib aparıcı ölkələrindən biridir, bəzi məsələlərdə hətta birincisidir. Ümumilikdə isə götürəndə Amerika Birləşmiş Ştatları ilə müəyyən soyuqlaşmanın ardından bunun baş verməsi ilə əlamətdardır. Azərbaycan təbiidir ki, öz mövqeyindən, öz istəklərindən geri çəkilmir. Amerika Birləşmiş Ştatlarında isə başa düşüblər ki, Azərbaycanla bu cür sərt davranmaq olmaz. Ümumiyyətlə, Azərbaycanı nəyəsə məcbur etmək olmaz. Ona görə də bu görüş keçirildi. ABŞ dövlət katibi Entoni Blinkin öz istəyi ilə cənab prezidentlə görüşdü, bunun altında xüsusi cızmaq lazımdır. Yəni istək Amerika Birləşmiş Ştatlarına gəlib və təbiidir ki, bunu biz müsbət gəlişmə kimi dəyərləndiririk və hesab edirik ki, bundan sonrakı mərhələdə Amerika Birləşmiş Ştatları Azərbaycanla güc dili ilə deyil, təzyiq dili ilə deyil, belə anlaşma dili ilə danışarsa, hər iki tərəf üçün çox faydalı olar. Əks təqdirdə, Azərbaycanı itirəcəyi bir şey yoxdur. Çünki Azərbaycan öz mövqeyində, öz coğrafiyasında, dediyimiz kimi, kilid ölkədir və hamının burada əslində  bizə ehtiyacı var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31