ABŞ-ın Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı daha da inkişaf etdirilə bilər - ÖZƏL
19 Fevral 2024 14:20 Siyasət"Azərbaycan Prezidenti cənab İlham Əliyev və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş baş tutdu və bu görüşdə tərəflər arasında əsas müzakirə predmetlərindən biri, ikitərəfli münasibətlərin inşaf etdirilməsidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Bəzi zamanlarda ABŞ dan bəzi siyasətçilər, bəzi dairələr Azərbaycana qarşı qərəzli mövqe tutsalar da, ümumilikdə ABŞ-ın xarici siyasətində Azərbaycan amili önəmli yer tutur. Çünki Azərbaycan Xəzər bölgəsində yerləşir, Avropanın əsas qapısı sayılır. Ona görə də hesab edirəm ki, kifayət qədər önəmli bir mövqeyə malikdir. Ona görə də ABŞ tərəfindən də Azərbaycan-ABŞ münasibətlərinə xüsusi diqqət yetirilir.
Təbii ki, enerji sahəsində əməkdaşlığımız mövcuddur. 1994-cü ildə "Əsrin Müqaviləsi" bağlanan zaman ABŞ burda yenə də öncü rolda idi. Azərbaycanda nəqliyyat, kommunikasiya məsələləri də ön plandadır. Çünki bayaq da qeyd etdiyim kimi, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizlərində yerləşir. T
Təhlükəsizlik məsələsi də önəmlidir, çünki Azərbaycan Cənubi Qafqazda yerləşir və eyni zamanda bölgənin təhlükəsizliyi Avrasiyanın təhlükəsizliyi məsələsidir və dolayısıyla ABŞ-ın müttəfiqlərinin təhlükəsizlik məsələsi ön plandadır.
Hesab edirəm ki, digər önəmli məsələ isə iqtisadi əlaqələrin, ticarət əlaqələrinin genişləndirilməsir. Məncə, Azərbaycan prezidenti ilə ABŞ dövət katibi arasında keçən görüşün əsas məzmununu bu təşkil etdi. Yəni konkret istiqamətlər üzrə aparılan danışıqların əldə olunan nəticələri.
Bundan sonra bizim qarşımızda duran əsas istiqamətlər nə olacaq? Azərbaycan və ABŞ arasında ticarət əlaqələrinin inkişafı mümkündürmü? Məncə ABŞ-ın Azərbaycana iqtisadi dəstəyi, belə bir iqtisadi sahədə əməkdaşlığı daha da inkişaf etdirilə bilər. Məncə, bunun üçün kifayət qədər potensial var. Amma təbii ki, burda da dövlətlərin üzərinə böyük məsuliyyət düşür. Bunu həll etmək üçün hesab edirəm ki, bir strateji plan hazırlanıb, işlənib, həyata keçirilir və hər halda qarşıdakı dönəmdə bu proses davam edəcək. Məncə, iqtisadi əlaqələrin inkişaf etməsi üçün potensial yüksəkdir. Azərbaycanın enerji sektorunda ABŞ şirkətlərinin rolu, ABŞ-ın ümumiyyətlə, Azərbaycan enerji sektoruna marağı həm də gələcəkdə bu bölgənin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımdır. Məncə, Qarabağ münaqişəsi bitəndən sonra Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində ABŞ-ın mühüm rolu ola bilər və bu prosesi biz gözləyirik. O baxımdan düşünürəm ki, ikili əlaqələrin inkişafına böyük ehtiyac var".