Nikolun Münhendə Bakını ittiham cəhdi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir- ÖZƏL
19 Fevral 2024 11:31 Siyasət"Ermənistan baş naziri Azərbaycana qarşı əsassız iddia səsləndirməyin fərarilər ölkəsi üçün nə qədər təhlükəli olduğunu və hansı fəlakətli nəticələrə gətirib çıxardığını şəxsi təcrübəsindən yaxşı bilir". "Olaylar" xəbər verir ki, bunu deyən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Münhendə Nikolun "Azərbaycanın üçtərəfli bəyanatı pozub" iddiası ilə rəsmi Bakını ittiham etmək cəhdi, Ermənistan rəhbərliyinin sülh prosesində maraqlı olmadığını göstərir: "Bu aciqlama fərari ordusunun şərti dövlət sərhədində Azərbaycana qarşı növbəti təxribatlar törətməsi üçün münbit şərait yaratmaq məqsədi daşıyır. Başqa sözlə desək, Ermənistan iqridari şəxsi heyət, texnika, vasitə və ərazi itirmək üçün ağzına gələni danışır və əlindən gələni edir. Əgər Ermənistana sülh lazım deyilsə, bizə dünəndən lazım deyil. Bizə lazım olan suverenliyimiz idi ki, biz onu əldə etmişik. Hədəfimiz isə vətəndaşlarımızın tarixi torpaqlarımiza qayıdışıdır ki, o da təmin olunacaq. Bu zaman məsələsidir və özünü mühasirəyə salan fərari Ermənistanın iradəsindən asılı deyil".