Deputatlarımız ATƏT PA-nın qış sessiyasına qatılacaqlar

Milli Məclisin deputatları - ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev, Tural Gəncəliyev qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 20-də Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə səfər edəcəklər. Milli Məclisdən "Olaylar"a bildirilib ki, sessiya çərçivəsində qurumunSiyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və humanitar məsələlər, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitələrinin və Daimi komitəsinin iclasları keçiriləcək.

Milli Məclisin ATƏT PA-dakınümayəndə heyəti qurumun qışsessiyasının və komitə iclaslarının gündəliklərinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək.

Səfər fevralın 24-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31