Ermənistan regional sülhü və təhlükəsizliyi Qərbdə axtarmağa çalışır- ÖZƏL

"Ermənistan və Azərbaycan arasında hərbi toqquşmaya heç bir əsas yoxdur. Amma, Ermənistan tərəfi və ona dəstək verən ölkələr hərbi qarşıdurma üçün bu ölkəni silahlandırır. Ermənistan Baş naziri Nikol Paşinyan siyasi iradə ortaya qoya bilmir. Ermənistana silah verən ölkələr öz geosiyasi məqsədləri üçün Yerevandan hərbi təxribatları tələb edir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,  Münhen Təhlükəsizlik Konfransından sonra Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davamlı olacaq: "Ermənistan rəhbərliyi şərti sərhəddə Azərbaycan ordusunun geri çəkilməsini sülhün əsas şərti hesab edir. Fransa, Rusiya bu amildən istifadə edərək Ermənistanın hərbi təxribatlarında maraqlıdır. Rusiya, İran və Fransa sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Hər birinin öz geosiyasi məqsədləri var. 
Azərbaycan Ermənistandan yeni  konstitusiya qəbulunu tələb edir. Ermənistanda şərti sərhəddən ordunun geri çəkilməsini. Bu məsələlər müharibə ilə deyil, danışıqlar yolu ilə həll edilə bilən problemdi. İki ölkə arasında yerdə qalan problem birgə komissiya vasitəsi ilə həll olunacaq bir səviyyədədir. Amma, bunu beynəlxalq müstəviyə çıxarmaqla prosesi böhranlaşdirirlar. Məhz prezident İlham Əliyev məsələnin beynəlxalq müstəviyə çıxarılmasının əleyhinədir və burada hər-hansı bir vasitəçiyə ehtiyac olmadığını elan edib. Göründüyü kimi, Ermənistan hakimiyyəti regional sülhü və təhlükəsizliyi Qərbdə axtarmağa çalışır. 30 il Moskvaya arxayın olan Ermənistan biabırçı şəkildə məğlub oldu. Qərb isə, Rusiya kimi Ermənistana hərbi təminat verə bilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31