Mehriban xanım Əliyeva xeyirxahlıq mücəssəməsidir
18 Fevral 2024 22:45 SiyasətBeynəlxalq Muğam Mərkəzində "Yer üzünün günəşidir xeyirxahlıq" adlı tədbir keçirilib. Bu barədə "Olaylar"a millət vəkili Jalə Əhmədova məlumat verib: "Beynəlxalq Muğam Mərkəzində "Yer üzünün günəşidir xeyirxahlıq" adlı tədbirdə iştirak etdim. Liatris Holdinqin sahibi Ruhi xanım Əliyevanın keçirdiyi tədbir 17 Fevral - Beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi Gününə həsr edilmişdi.
İctimai-siyasi xadimlər, tanınmış şəxslər, iş adamları, mədəniyyət və incəsənət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər Azərbaycan xalqının mərhəmət və xeyirxahlığından, Ağa Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev və s. digər neft milyonçularının xeyriyyəçilik missiyalarından, xeyirxah əməllərindən danışdılar.
Həssas mövzunu əhatə edən bu tədbirdə çıxış edərək Mehriban Əliyevanı müasir dövrün Zeynalabdin Tağıyevi adlandırdım. Azərbaycan Autizm Assosiasiyasının prezidenti olaraq autizm spektr pozuntusu olan şəxslərə yardımı və köməyi yalnız Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevadan gördüyümü bildirdim. Qeyd etdim ki, Mehriban xanım diqqət və qayğıya ehtiyacı olanların hər zaman yanındadır, günümüzün ən xeyirxah və ən mərhəmətli insanıdır. Çıxışımda onu da vurğuladım ki, Mehriban xanım xeyirxahlıq mücəssəməsidir və onun xeyirxah əməlləri hər birimizə örnək, nümunə olmalıdır".
Video:https://youtu.be/Jl5Aw1HIt4M