Azərbaycan-Serbiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib - Səfir

Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Olaylar.az-ın məlumatına görə, bu barədə Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavleviç Serbiya Respublikasının Dövlətçilik Gününə həsr olunmuş tədbirdə deyib.

"Ən dəyərli dostluq zamanın və şərtlərin sınağından çıxmış dostluqdur. Beləliklə, Azərbaycanla münasibətlərimiz oxşar tarixi keçmişə və üzləşdiyimiz əsas problemlər üzərində tam qarşılıqlı anlaşmaya əsaslanır. Artıq 27-ci ildir ki, ikitərəfli münasibətlərimiz xarici siyasət fəaliyyətinin və qarşılıqlı maraq doğuran məsələlərin tam əlaqələndirilməsi ilə strateji tərəfdaşlığa çevrilib", - deyə o bildirib.

Səfirin sözlərinə görə, son iki ildə ikitərəfli iqtisadi əlaqələrdə və ticarət dövriyyəsində böyük artım var.

O, Serbiya ilə Azərbaycan arasında sıx və mühüm əməkdaşlıq və dostluq münasibətlərinin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib, həmçinin ölkəsinə Azərbaycan kimi daha dəyərli və səmimi dostlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31