Əli Əsədovla Qırğızıstan Nazirlər Kabinetinin sədrinin telefon danışığı olub
16 Fevral 2024 18:50 SiyasətFevralın 16-da Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Əli Əsədova zəng edib.
Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, A.Japarov Ə.Əsədovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Tərəflər, həmçinin, Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31