Fikrət Məmmədov və Mübariz Qurbanlı yeni kabinetdə yer almadı

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi barədə bu gün sərəncam imzalayıb.

Olaylar.az xəbər verir ki, kabinetin yeni tərkibində yalnız ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yer almayıb.

Ədliyyə naziri vəzifəsinin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin müvəqqəti icrası isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlıya həvalə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31