Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr əvəzi təyin olunub - SƏRƏNCAM
16 Fevral 2024 15:16 SiyasətPrezident İlham Əliyev S.A.Salahlıya Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri vəzifəsinin müvəqqəti icrasının həvalə edilməsi haqqında sərəncam imzalayıb.
Olaylar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31