Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - SƏRƏNCAM

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Olaylar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin ediliblər:

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini - Yaqub Abdulla oğlu Eyyubov;

Azərbaycan Respublikası Baş nazirinin müavini - Əli Cavad oğlu Əhmədov;

Azərbaycan Respublikası Baş nazirinin müavini - Şahin Abdulla oğlu Mustafayev;

Azərbaycan Respublikasının daxili işlər naziri - Vilayət Süleyman oğlu Eyvazov;

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri - Muxtar Bahadur oğlu Babayev;

Azərbaycan Respublikasının elm və təhsil naziri - Emin Eldar oğlu Əmrullayev;

Azərbaycan Respublikasının energetika naziri - Pərviz Oqtay oğlu Şahbazov;

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri - Sahil Rafiq oğlu Babayev;

Azərbaycan Respublikasının fövqəladə hallar naziri - Kəmaləddin Fəttah oğlu Heydərov;

Azərbaycan Respublikasının gənclər və idman naziri - Fərid Fazil oğlu Qayıbov;

Azərbaycan Respublikasının xarici işlər naziri - Ceyhun Əziz oğlu Bayramov;

Azərbaycan Respublikasının iqtisadiyyat naziri - Mikayıl Çingiz oğlu Cabbarov;

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri - Məcnun Qadir oğlu Məmmədov;

Azərbaycan Respublikasının maliyyə naziri - Samir Rauf oğlu Şərifov;

Azərbaycan Respublikasının mədəniyyət naziri - Adil Qabil oğlu Kərimli;

Azərbaycan Respublikasının müdafiə naziri - Zakir Əsgər oğlu Həsənov;

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri - Vüqar Valeh oğlu Mustafayev;

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri - Rəşad Nəbi oğlu Nəbiyev;

Azərbaycan Respublikasının səhiyyə naziri - Teymur Yusif oğlu Musayev;

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - Bahar Əvəz qızı Muradova;

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri - Fuad Rauf oğlu Muradov;

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri - Şahin Soltan oğlu Bağırov;

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Elçin İsağa oğlu Quliyev;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri - Tahir Yaqub oğlu Budaqov;

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - Anar Adil oğlu Quliyev;

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri - Rövşən Şükür oğlu Rzayev;

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi - Vüsal Əfqan oğlu Hüseynov;

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi - Əli Nağı oğlu Nağıyev;

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi - Orxan Sedyar oğlu Sultanov;

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi - Mürsəl Qorxmaz oğlu İbrahimov;

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri - Zaur Rauf oğlu Mikayılov;

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri - Fuad Hümbət oğlu Nağıyev;

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri - Qoşqar İlahi oğlu Təhməzli;

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi - Əsgər Adil oğlu Rəsulov.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31