Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Olaylar.az  xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri və əziz Qardaşım.

Dost ölkənizdə bu yaxınlarda keçirilmiş seçkilərdə inamlı qələbə qazanmağınız və yeni müddətə Prezident seçilməyiniz münasibətilə Zati-alinizə ən

səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqının rifahı naminə tərəqqi və nailiyyət dolu inkişaf kursunu davam etdirməklə yüksək vəzifənizdə uğurlar arzulayıram.

Sizi Əlcəzairdə keçiriləcək 7-ci Qaz İxrac edən Ölkələrin Forumunun Sammitində görməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri və hörmətli Qardaşım, ən yüksək və səmimi ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31