Rıfat Hisarcıklıoğlu Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Türkiyə Palatalar və Birjalar Birliyinin və Türk Ticarət və Sənaye Palataları Birliyinin sədri Rıfat Hisarcıklıoğlu Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Olaylar.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezidentim.

Fevralın 7-də prezident seçkilərinin Qarabağ da daxil olmaqla bütün Azərbaycan ərazisində uğurla keçirilməsi və yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi

Türkiyə Palatalar və Birjalar Birliyi və Türk Ticarət və Sənaye Palataları Birliyi adından təbrik edirəm.

Əminəm ki, Zati-alinizin yenidən Prezident seçilməsi təkcə ölkələrimizdə deyil, bütün türk dünyasında inkişaf, rifah, sülh, sabitlik və təhlükəsizlik üçün faydalı olacaqdır.

Sizə cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31