MM-də səsvermə: Əli Əsədovun əleyhinə olan deputat...
16 Fevral 2024 12:09 SiyasətXəbər verdiyimiz kimi, bu gün Milli Məclis Prezident İlham Əliyevin baş nazirliyə təqdim etdiyi namizədi səsə qoyub.
Olaylar.az bildirir ki, Əli Əsədovun baş nazirliyə namizədliyinə yalnız bir deputat qarşı olub, daha bir deputat isə bitərəf qalıb. Səsvermədə iştirak edən digər deputatların hamısı Əli Əsədovun namizədliyini dəstəkləyib.
Qeyd edək ki, səsvermə gizli keçirildiyindən, Ə.Əsədovun namizədliyinə qarşı çıxan deputatın kimliyi bəlli deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31