Azərbaycanın insan resursları önəmlidir-Əziz Əlibəyli- ÖZƏL

"Dəyişən təhdidlər var, artan tendensiya üzrə də davam edir. Düşmən məğlub olub, amma görürsünüz, onun arxasındakı güclər son 2 ay ərzində necə silahlanıblar. Deməli, Azərbaycanın insan resursları önəmlidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında "EkoDünya" Ekoloji və Sosial Araşdırmalar İctimai Birliyinin sədri Əziz Əlibəyli bildirib:

"Resursa qədər Azərbaycan yüksək kalibrli silahlara da malik olmalıdır. Azərbaycan burda iki istiqaməti hədəfləyir. Birincisi, müasir silahlar olmalıdır, bu, alınmalıdır da. İkincisi, Azərbaycan özü silah istehsalçısına çevirilmək yolunda böyük addımlar qət edir. Belə görünür ki, beynəlxalq münasibətlərdə diplomatiya amilindən imtina edildiyi dönəmdə silahlar danışmağa başlayır, güc faktoru önə keçir. Burda da Azərbaycan mütləq şəkildə davranmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31