Azərbaycan xalqı böyük həmrəylik nümayiş etdirdi- ÖZƏL

"B u gün bir sıra qərb dairələrinin ikili siyasətinin, təxribat ruhlu əməllərinin tam əksinə olaraq fevralın 7-də Azərbaycan xalqı öz tarixi zəfər seçkisində görünməmiş seçici fəallığı, böyük həmrəylik nümayiş etdirdi". Olaylar xəbər verir ki, bunu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib:
"Təxribatçıların Zəfər seçkilərində bütün mənfi arzuları öz bəbəklərində qaldı. Əksər xarici ölkə müşahidəçilərinin xüsusilə vurğuladıqları kimi, xalqımız bütün seçki məntəqələrində olduqca dinamik seçici fəallığı, aktiv iştirakçı mövqeyi nümayiş etdirərək bütün mənfi "proqnozları" darmadağın etdilər. Ən əsası isə, seçkiləri müşahidə edən yerli və beynəlxalq müşahidəçilər də təsdiq etdilər ki, insanlar öz konstitusion hüququndan istifadə etmək üçün növbələrə dayanırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31