Ərazi bütövlüyümüz və suverenliyimiz əsas hədəfimizdir- ÖZƏL
16 Fevral 2024 08:55 Siyasət"Bu gün dövlər başçısının çağırışlarının hər biri reallıqda öz əksini tapıb". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, prezidentin ötən andiçmə mərasimindən cəmi 2 il yarım sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, xalqımızın yumruq kimi birliyi sayəsində torpaqlarımızın böyük bir hissəsini azad etdi: "Şəhidlərimizin və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün ərazi bütövlüyümüzü, öz ləyaqətini bərpa edən xalq kimi yaşayırıq, şəhər və kəndlərimizi yenidən qururuq. Cənab İlham Əliyev hər bir çıxışında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının əsas hədəf olduğunu bildirmişdi. Tarixi Zəfərimizdən üç il sonra suverenliyimizin bərpa olunması ilə ölkəmizin həyatında yeni dövr başladı".
Dövlət başçısı nitqində bu reallığı da xüsusi qeyd etdi ki, əgər Ermənistan və onun rəhbərliyi, arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər bəlkə də müharibəyə ehtiyac qalmazdı" söyləyən millət vəkili onu da əlavə edib ki, müharibədən sonrakı dövrdə də Azərbaycan bütün məsələlərdə prinsipial mövqeyini göstərib: "Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, mütəmadi hərbi təxribatlar törətməsi bir günlük antiterror tədbirlərini qaçılmaz etdi. Azərbaycan Silahlı qüvvələrinin ötən ilin 19 sentyabr tarixində həyata keçirdikləri lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Azərbaycan ərazisində seperatizmin kökü kəsildi".