Prezidentin hər bir çağırışı görüləcək işlərin yol xəritəsidir- ÖZƏL

"Dövlət başçısının hər bir çağırışı günbəgün güclənən Azərbaycanın uğurlu gələcəyinə yönələn mühüm addım, görüləcək işlərin yol xəritəsidir". Olaylar xəbər verir ki, bunu millət vəkili Nurlan Həsənov deyib: "Prezident İlham Əliyev Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə, dünyanı heyrətləndirən uğurlara malik olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Hazırda ölkəmizin dayanıqlı iqtisadiyyata malik olması və gələcəkdə də onu təmin etmək üçün böyük potensialın mövcudluğu yeni hədəflərin müəyyənləşdirilməsində öz sözünü deyir. İqtisadi müstəqilliyimiz siyasi mövqeyimizi daha da möhkəmləndirir. Xarici siyasətimiz daxili siyasətin davamıdır. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq nüfuzunun möhkəmlənməsində əsas amildir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31