Erməni separatçılarının tabutuna vurulan son mismar- ÖZƏL
16 Fevral 2024 08:51 Siyasət"Prezident İlham Əliyevin böyük qürur və inam hissi ilə bildirdiyi kimi, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun Liderinə göstərdiyi inam və vahid amal ətrafında birləşmə bacarığıdır: "Təbii ki, bu birliyi, inamı şərtləndirən əsas amil günümüzün reallıqlarıdır". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Nurlan Həsənovun sözlərinə görə,
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev ilk gündən "Güclü dövlət, yüksək rifah" prinsipini öndə saxlayaraq Azərbaycanın daha da güclənməsinə, qüdrətlənməsinə çalışdı:
"Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması qarşıda dayanan əsas hədəf oldu və bu hədəfə doğru inamla addımladıq. 2020-ci ildə tarixi Zəfərimiz növbəti zəfərlərə stimul verdi. Tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətimiz nəticəsində ötən il ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə son 20 ildə qarşıya qoyulan bütün vəzifələrin icrası başa çatdı. Artıq yeni dövr başladı. 7 fevral prezident seçkilərinin keçirilməsi ilə ölkəmiz daha bir uğura imza atdı. Azərbaycanın bütün ərazisini əhatə edən bu seçkilər özündə mühüm çağışları birləşdirdi. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində 7 fevral prezident seçkilərində Xankəndi şəhərində səs verməsini şərtləndirən amillərdən geniş bəhs edərək bu mesajı çatdırdı: "Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının
tabutuna vurulan son mismar idi."