Ermənistanın atəşkəsi pozması sülhə doğru atılan addımlara böyük zərbə oldu-Xəyal Bəşirov- ÖZƏL

"Məlum olduğu kimi, Ermənistan növbəti dəfə atəşkəsi pozdu. Bu təbii ki, çox təəssüfedici hislər yaradır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib:

"Biz Ermənistanla 4 ay 22 gün idi ki, tarixdə heç vaxt olmadığı qədər bu müddət ərzində atəşkəsin pozulmaması şəraitində yaşayırdıq. Silahlar susmuşdu, əsgərlər öz postlarında xidmət edirdilər. Bu mərhələdə yalnız və yalnız siyasilər və diplomatlar danışırdı. Amma düşündüyüm qədəri ilə atəşkəsin pozulması ilə bağlı Ermənistanın atdığı addımı iki məsələ ilə əlaqələndirmək olar. Ya Ermənistan yenə də həmişə kim bizim düşündüyümüzün əksinə olaraq qeyri-səmimi idi və sanki bizi aldatmağa çalışırdı. Çünki, biz bu müddət ərzində Ermənistanla konstruktiv danışıqlar istiqamətində bir sıra uğurlu addımlar atmışdıq. Ötən ilin sonu, bu ilin əvvəllərində Azərbaycan Prezident Administrasiyası ilə Ermənistanın Baş Nazirinin Aparatı birlikdə bəyanat yaydı. Bu bəyanatdan bir həftə sonra hərbiçilərin mübadiləsi baş verdi. Hansı ki, o prosesdə digər tərəflər iştirak etmədilər. Daha sonra biz Ermənistanla COP29 tədbirinin keçirilməsi ilə bağlı qarşılıqlı şəkildə addımlar atdıq. Ermənistan da bu tədbirin Azərbaycanda keçirilməsi ilə öz namizədliyini geri götürdü. Azərbaycan da həmin o təşkilatın Şərqi Avropa üzrə təşkilatına üzv olması üçün Ermənistanın xeyrinə mövqe nümayiş etdirdi. Daha sonra biz sərhəddə növbəti görüşün keçirilməsinə nail olduq. Bu il ərzində Ermənistanla Azərbaycan arasında delimitasiya komissiyasının görüşü keçirilib. Təbii ki, bütün bu proseslər müəyyən mənada Ermənistanla sülhü əldə etməyimiz baxımından üfüqdə perspektivlərin görünməsi inamını yaradır. Fevralın 12-də Ermənistanın yenidən atəşkəsi pozması sülhə doğru atılan addımlara böyük bir zərbə oldu. Bu ya Ermənistanın qeyri-səmimiliyindən irəli gəldi ki, bu müddət ərzində Ermənistan ənənəsinə sadiq qalaraq qeyri-səmimilik nümayiş etdirirdi. Yaxud da ki, Ermənistanın hazırkı iqtidarının hazırkı öz sələfləri kimi müstəqil siyasət yürütməməsi kənar diqtələrin təsiri altında addım atdığını sübuta yetirir. Eyni zamanda nəzərə almaq lazımdır ki, burda kənar diqtə təsiri mütləq şəkildə mövcuddur. Çünki, biz son zamanlar Nikol Paşinyana qarşı da Qərbdən əks mövqenin şahidiyik. Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması məqsədi ilə konstitusiyaya dəyişikliklərin edilməsi məsələsini gündəmə gətirib. Konstitusiyadakı o Azərbaycanın haqlı mövqeyinə uyğun olaraq preambla hissəsində Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaradan, şüphə altına alan müstəqillik bəyannaməsinə istinat məsələsi var. Bu məsələnin konstitusiyadan çıxarılması ümumiyyətlə Ermənistanın dövlət rəmzlərinin dəyişdirilməsi, konstitusiya ilə paralel olaraq rəsmi gerbin, himnin dəyişdirilməsi və eyni zamanda erməni tarixindən Ermənistan tarixinə keçidin zəruriyyəti ilə bağlı fikirlər səsləndirməsi Qərbdən, Ermənistanın daxilindən Nikol Paşinyana qarşı səfərbər olunmanı reallaşdırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31