Olaf Şolts İlham Əliyevi seçkilərdə qələbə münasibətilə təbrik edib
15 Fevral 2024 15:04 SiyasətAlmaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Çox hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır.
Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam.
Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31