İlham Əliyev öz çıxışında gəncliyə önəmli çağırış etdi-Ramiz Alıyev ÖZƏL
15 Fevral 2024 14:25 SiyasətPrezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışına münasibət bildirən siyasi şərhçi Ramiz Alıyev Olaylar.az-a bildirib ki, Cənab Prezident öz çıxışında Azərbaycan ordusunu ən müzəffər, qətiyyətli, gənclərdən və zabitlərdən təşkil olunmuş güclü bir ordu adlandırdı. Biz bunu döyüş meydanına, ərazilərimizin düşməndən azad olunması prosesində tətbiq etmişik:
"Təkcə Şuşa şəhərinin azad olunmasında hərbiçilərin və Xüsusi Təyinatlı Qüvvələrin göstərdiyi şücaət nəinki regionda, dünyanın hər bir yerində danışılan məsələdir. Azərbaycan ordusunun şücaəti öyrənilməli olan hərbi sirlər siyahısına daxil edilib və öyrənilir ki, həmin gənclər bu hərbi biliyə, gücə necə nail olublar. Bunlar hamısı araşdırılır, həm dost, həm düşmən ölkələr tərəfindən. Cənab Prezident yeni ordu sisteminin yaradılması ilə bağlı da ismarıcları verdi və yeni hərbi birləşmələrin olmasının, komando hərbiləşməsinin, Xüsusi Təyinatlıların sayının artılırmasının çox önəmli məsələ olduğunu bildirərək qeyd etmişdi ki, biz artıq bu addımları atmışıq, Ordu quruculuğumuz artıq yeni formata keçir. Hərbi sənayemizin də inkişaf edərək daha da güclənəcəyini, yeni müasir silahların istehsal olunması yolunda addımlar atılacağını, və istehsal edəcəyini, bu məsələdə yenə də öndə olacağını qeyd etmişdir. Hesab edirəm ki, artıq biz böyük hədəflər əldə etmişik. Yeni hədəflər isə yalnız inkişaf və uğurdur. Bizim indiyə qədər hədəfimiz yalnız ərazilərimizin düşməndən azad edilməsi idi. Biz hesab edirik ki, Azərbaycan iqtisadi cəhətdən gücləndikcə, hərbi sahəsi də daha da inkişaf edəcək, qüdrətlənəcəkdir. Güclənərək torpaqlarımızı azad etmişiksə, bundan sonra da güclənərək daha da böyük inkişaflara nail olacağıq və dövlətimizi daha da qüdrətli dövlətə çevirəcəyik. Azərbaycan Təhlükəsizlik Xidmətlərinin daha da güclənməsi üçün bütün şəraitlər yaradılacaqdır. Yeni texnikaların sərhədlərə yerləşdirilməsi prosesi olacaqdır. Müşahidə missiyalarını yüksək şəkildə həyata keçirən, yüksək texnologiyalara malik olan müəyyən bir qurğuların da ölkəmizə gətirilməsi məsələsi olacaqdır və sərhədlərimizi qoruyan igid əsgərlərimizin peşəkarlığı daha da artacaqdır. Onlar xarici ölkələrdə olan müəyyən təlimlərdə iştirak edəcəkdir. Biz artıq daha da inkişaf edib, uğura malik olmaq üçün artıq işimizin böyük hissəsini həyata keçirmişik. Biz artıq bu peşəkarlığımızı artırmaq yolunda müəyyən addımlar atacağıq və təbii ki, Azərbaycana müəyyən təhlükələr olacaqdır. Həm iqtisadi problemlər yaratmaq istəyəcəklər, həm siyasi təzyiqlər yaratmaq istəyəcəklər. Azərbaycana qarşı ideoloji və psixoloji terror həyata keçirməyə cəhd edəcəklər. Biz bunu onilliklərdir ki, görürük. Son illərdə bu daha da kəskinləşmişdir. Biz Vətən müharibəsində qalib olduqdan sonra Azərbaycana qarşı erməni lobbisi kəskin şəkildə hücuma keçmişdir və erməni lobbisinə dəstək göstərən, müəyyən dairələr, ölkələr var ki, onlar da erməbi lobbisi ilə birlikdə Azərbaycan dövlətinə qarşı çox ciddi qarayaxma kompaniyaları aparır və insanların, xüsusən vurğulamaq istəyirəm ki, gənclərimizin beyinlərini zəhərlənməsinə çox ciddi cəhdlər göstərirlər. Əlbəttə ki, Azərbaycan gəncləri ən vətənpərvər, ən qətiyyətli gənclərdir. Biz bunu Vətən müharibəsində, antiterror tədbirləri zamanı əyani şəkildə döyüş meydanında göstərmişik. Azərbaycan gəncləri öz bacarıqlarını, biliklərini, öz vətənpərvərliklərini ortaya qoyaraq dövlətimizin suverenliyini və eyni zamanda xalqımızın qürurunu qaytarmışdır. Öz Ali Baş Komandanına sədaqətlə bağlı olaraq, döyüş meydanlarında şücaəy göstərmişdir. Bizim digər gənclərimiz də var ki, onlar elm, iqtisadiyyat, müxtəlif peşə sahəsində öndə gedirlər və bizim gənclərimiz ailələrinə bağlı, sədaqətli gənclərdir. Hesab edirəm ki, gələcəkdə daha da öz qətiyyətlərini göstərəcəklər və öz potensiyalını daha da artıracaqlar. Buna da Azərbaycan dövləti dəstək göstərəcək. Hesab edirəm ki, Cənab Prezident ideoji səviyyədə də gənclərimizin və insanlarımızın öz istəklərini və öz gücünü dövlətimizin inkişafı yolunda, qüdrətlənməsi yolunda qoymağı tələb edir və bu yolda addımlar atmağını gözləyir. Cəmiyyətimizin bu məsələdə aktiv iştirakını və həmişə dövlətimizin yanında olduğu kimi yenə də yanında olaraq gənclərimizin yaxşı təhsilli və qətiyyətli gənclər olması yolunda addımlar atmağına çağırış etdi. Hesab edirəm ki, bu belə də olacaqdır. Azərbaycan gəncləri hər zaman olduğu kimi yenə də öz qüdrətini göstərəcəkdir. Azərbaycana düşmən olan qüvvələr bu birliyin qarşısında dayana bilməyəcəklər. Həmin qüvvələr Azərbaycanın uğurlarını görüb məhv olacaqlar".