Belə bir Liderə bir xalqın ömürlük vəfa borcu var-Şəbnəm Həsənova- ÖZƏL
15 Fevral 2024 13:57 Siyasət"Beynəlxalq nizamda dövlətlərə dövlətçilik standartlarının tətbiqində fərq qoyan və uyğunsuzluğun arxasında dayanan qüvvələr mövcuddur".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Konkret beynəlxalq praktikaya gəldikdə isə səlahiyyətlərin sayı beynəlxalq sistemi əllərində təmərküzləşdirən bir neçə aktordan kənara çıxmır. Beynəlxalq hüquq normalarının universal tətbiqini təmin etmək üçün güc və hüquq arasında zəruri tarazlıq yoxdur. Tarazlığın olmaması isə şübhəsiz ki, ikili standartlara gətirib çıxarır. Baş verən hadisələr göstərir ki, dünya nizamında məqsədlər olsa da vahid plan yoxdur, hər bir vəziyyət unikaldır, pərakəndədir. Üstəlik, hələ də eşitmədiyimiz inqrediyentlərin, yaxud siyasi arenada hələ istifadə olunmayan, lakin yaxın gələcəkdə olacaq üsul və metodların olmasını da istisna edə bilmərik. Bu isə yıxıcı, dağıdıcı, dövlətlərə və cəmiyyətlərə təhlükə sıçradan son dərəcə zərərli tendensiyadır. Bütün bu neqativlərin fonunda Azərbaycan özü üçün konseptioloji yol xəritəsi cızmağı bacaran dövlətdir. Milli birliyimiz, iradəmiz, şücaətimiz bütün uğurlarımızın təməlində dayanır, çünki xalq olaraq xislətimiz pakdır. Əldə etdiyimiz nailiyyətlər cənab Prezident İlham Əliyevin 2003-cü ildə xalqına verdiyi sözün nəticəsi, uğurlu fəaliyyət kursunun sübutu, milli maraqlara əsaslanan mövcud fəaliyyət kursu isə bundan sonrakı dönəmin qarantıdır. Müzəffər Ali Baş Komandanımızın sözü onun imzası deməkdir. Bu, güclü siyasətdə, iqtisadiyyatda, ordu quruculuğunda və korporativləşdirilən dünyada ideoloji sahədə yolumuzdan dönməməyimizin göstəricisidir. Azərbaycan ailə dəyərlərinə, dövlətçiliyə, milli adət-ənənələrə bağlı dövlət və cəmiyyətdir. Bundan sonra da bu istiqamətdə konkret və koordinasiyalı fəaliyyət planı realizə ediləcək.
Dağınıq nizamda bəzi liderlər nəinki təkcə mübahisəli, həm də dövlətlərə, bəşəriyyətə tez-tez impulsiv şəkildə zərər verir və sonra buna "fərqlilik", "orijinallıq" donu geyindirərək digər cəmiyyətlərə də məhz yanlış dəyərlər sırımağa çalışırlar. Bu impulslar qeyri-standart normalarla yumşalır və maraqla idarə olunur. Bunun əsasında yaradılan cəmiyyət şübhə ilə gücləndirilir və qorxu ilə bəslənir. Bu dairələr məqsədi guya qeyri-funksional institutlara son qoymaqda görür, daha yaxşı gələcəyə yol göstərmək üçün hər şeyi silkələməli olduqlarını iddia edirlər. Lakin həqiqilik və pozulma adı altında törətdikləri şey mədəni qətldir, onlar ədəb, etibar və əməkdaşlıq normalarını, hətta getdikdən sonra belə təmiri çətin olan üsullarla korlayırlar. Azərbaycan xalqı, dövləti və ən əsası onları idarə edən Liderimiz isə dəyərlərə yüksək dəyər verən tərəfdir. Dövlət başçımız bu gün dünya siyasətçiləri içərisində ehtirama malik xarizmatik liderdir.
Cənab Prezident İlham Əliyevin andiçmə mərasimində dərin siyasi və tarixi biliyə, yüksək intellektə və ən əsası isə xarizmatik liderə xas mükəmməl, çoxşaxəli çıxışı bu günə qədər olan uğurlarımıza nəzər saldısa, bu, həm də qarşıdakı dövr ərzində daxili və xarici siyasətimizin hüdudlarını müəyyənləşdirdi. Azərbaycan xalqı bir daha əmin oldu ki, məhz İlham Heydər oğlu Əliyevə səs verməklə həm də taleyini, müqəddəratını əmin əllərə verib. Xalqımız rəhbərini, yaratdığımız reallıqları isə beynəlxalq birlik dəstəkləyir. Bu birliyi mənfi yöndə manipulyasiya etmək istəyən qüvvələr bəşəriyyəti yanlış yola sövq edirlər ki, Azərbaycan proseslərə müşahidəçi obrazda dayanmır, həm də hərəkətverici, təşəbbüskar aktor qismində çıxış edir.
2018-ci ildə andiçmə mərasimi zamanı Bayraq Meydanının açılışında bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı sözünü verən Liderimiz 2024-cü il Prezident seçkilərində Xankəndində səs verməsi zamanı erməni separatçılarının tabutuna vurduğu son mismar ilə missiyasının ən əsaslı möhürünü qoydu. Çünki xalqımıza qarşı bütün çirkin planların əsas xətləri məhz bu binada cızılmışdı. Belə bir Liderə bir xalqın ömürlük vəfa borcu var".