Azərbaycan İnvestisiya Holdinqinə "BakuBus"la bağlı yeni səlahiyyət verilib - SƏRƏNCAM

Prezident İlham Əliyev "BakuBus" MMC-nin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

Olaylar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Sərəncam imzalayıb.

Sərəncama əsasən, bundan sonra Cəmiyyətin icra orqanının üzvlərini, o cümlədən rəhbərini Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edəcək.

Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31