Azərbaycan XİN Serbiyanı TƏBRİK ETDİ

Azərbaycan Xarici işlər Nazirliyi (XİN) Serbiyanı Milli Günü münasibətilə təbrik edib.

Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Milli Günü münasibətilə strateji tərəfdaşımız Serbiya Respublikasına və onun xalqına ürəkdən təbriklərimizi çatdırırıq. Biz birlikdə tərəfdaşlığımızı müəyyən edən dərin dostluğu və qarşılıqlı hörməti qeyd edirik", - paylaşımda vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31