"Xankəndidə qutuya atdığım  bülleten erməni separatçılarının tabutuna  vurulan son mismar idi" Bu ifadə çox uzun əsrlər tarix dərsliklərində tədris ediləcək...-Tural İsmayılov- ÖZƏL

"2003-cü ildə cənab Prezidentin ilk dəfə Prezident seçilməyindən keçən müddət ərzində böyük işlər görüldü". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a  açıqlamasında bildirib:

"Məhz cənab Prezident hakimiyyətə gəldiyi ilk dövrdən Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının təməlləri üzərində həmin siyasi xətti uğurla davam etdirdi. Bunun nəticəsində də 2018-ci ilə qədər davam edən dövrdə Azərbaycanda daha əvvəlki hakimiyyətlər dövründən qalan bir çox problemlər həll edildi. Bu da nəticədə həm hərbi sistemdə, həm sosial sahədə, həm də bir çox sahələrdə islahatların həyata keçirilməsi ilə nəticələndi. 2018-ci ildəki inaqurasiya mərasimində cənab Prezident Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyini vurğulayırdı. Çünki, o dövrə qədər onsuz da Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət kursu məhz ölkənin daha da gücləndirilməsinə, ölkənin təməllərinin möhkəmlənməyinə və ölkədə ictimai-siyasi sabitliyin ən yüksək səviyyəyə çatdırılmağına köklənmişdi ki, bunun nəticəsində orduda böyük islahatlar həyata keçirilirdi, ölkədə hərbi sənaye sistemi sahəsində çox ciddi yatırımlar edilirdi ki, bu da addım-addım torpaqlarımızın işğaldan azad edilmə prosesini yaxınlaşdırırdı. Nəticədə 44 günlük Vətən müharibəsindəki qələbəni əldə etdik. Əlbəttə ki,  cənab Prezidentin andiçmədəki çıxışından da vacib məqam gəncliklə bağlı olan fikirlər idi. Çünki, Azərbaycanda kifayət qədər aparılan vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik təbliğatı nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin öz dövlətinə sahib çıxaraq milli dəyərlər kontekstində torpaqları işğaldan azad etmək üçün ölümə necə getdiklərini gördük. Nəticədə də 2023-cü ilin sentyabrında antiterror tədbirləri  bunun kuliminasiya nöqtəsi idi. Bizə həm də belə şərəf və qürurlu tarixi hadisələrə şahidlik etmək nəsib olubdur. Çünki, əsrlər sonra da Xankəndiyə bayrağın sancılması və cənab Prezidentin 2024-cü il andiçməsində söylədiyi "Xankəndidə qutuya atdığım  bülleten erməni separatçılarının tabutuna  vurulan son mismar idi"  deyimi  çox uzun əsrlər tarix dərsliklərində tədris ediləcək. Biz həmin o tarixi günlərin bu günki canlı şahidləriyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31