Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə təmizlənən minaların sayı məlum olub
15 Fevral 2024 11:48 Siyasətİşğaldan azad edilmiş ərazilərdə bugünə qədər 118502.6 ha ərazi təmizlənib.
Olaylar.az xəbər verir ki, 10.11.2020-ci il tarixindən 14.02.2024-cü il tarixinədək işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən aparılan minatəmizləmə fəaliyyəti zamanı 118 502.6 ha ərazi təmizlənib.
62228 ədəd partlamamış hərbi sursat, 31175 ədəd piyada əleyhinə mina və 18790 ədəd tank əleyhinə mina (cəmi: 112,193 ədəd) mina aşkar edilərək zərərsizləşdirilib.
Bu tarix ərzində 345 nəfər mina qurbanı vardır, onlardan 280 nəfər xəsarət almış, 65 nəfər həlak olmuşdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31