Paşinyanın apardığı siyasət sabitliyi pozacaq siyasətdir-Azad Məsiyev- ÖZƏL

"Uzun müddətdir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə əlaqədar danışıqlar gedirdi. Bu danışıqlar müxtəlif platformada aparıldı. Təəssüflər olsun ki, Ermənistan sülh sazişini pozmaq üçün müxtəlif bəhanələr gətirir. Öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev qeyd edib:

"Sözdə sülh bəyanatı versə də, əməldə   təxribat törədərək, sülh danışıqlarından yayınır. Bu yaxınlarda Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə Ermənistan təxribatçıları tərəfindən atəşkəs pozuldu. Atəşkəsin pozulması da sülh sazişinə, danışıqlarına mane olmağa hesablanıb. Eyni zamanda Qərbin Cənubi Qafqazdakı maraqlarına xidmət edir. Bildiyiniz kimi başda ABŞ olmaqla Qərb Cənubi Qafqaza girmək və Cənubi Qafqazı öz təsirinə salmaq istəyir. Bunu da Ermənistan üzərindən etmək istəyir. Ermənistan üzərindən Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycana təzyiq etmək istəyirlər. Atəşkəsi pozmaqla beynəlxalq aləmdə böyük güclərin yenidən Azərbaycana qarşı təzyiq kompaniyasına başlamasını istəyirlər. Xatırlatmaq istəyirəm ki, bu yaxınlarda ABŞ-nin Ermənistandakı səfiri belə bir bəyanat yaymışdı ki, Amerika vətəndaşlarının Ermənistan-Azərbaycan sərhəddinə səfərlərini təxirə salsınlar. Bu bəyanat onu göstərirdi ki, bu bölgədə-şərti sərhəddə atəşkəs pozula bilər. Bu da təsadüfü deyil. ABŞ qabaq görənlik edirdi, əvvəlcədən bilirdi ki, bu bölgədə təxribat olacaq. Ona görə də öz vətəndaşlarının sərhədə getməsinin qarşısını alırdı. Ermənistan təxribatçıları tərəfindən sərhəddə atəşkəsin pozulması və nəticədə Azərbaycana qarşı bəzi Qərb dairələrinin bəyanatlarını eşidirik. Avropa Birliyinin nümayəndələri ilə Ermənistanın Xarici İşlər naziri bu yaxınlarda görüşəndə mətbuat konfransında atəşkəsin pozulması ilə bağlı Azərbaycan əleyhinə fikirlər səsləndirdilər. Ümumilikdə bu atəşkəsin pozulması məqsədyönlü aparılan aksiyadır. Çünki, beynəlxalq aləmin diqqətini yenidən Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək anlamındadır. Təbiidir ki, burda pozulucuq işləri aparan Ermənistandır. Əgər Ermənistan dinc yanaşı yaşama prinsipinə əməl etməsə, bu zaman istənilən halda Azərbaycanın özünü müdafiə etmək haqqı var. Bu Azərbaycanın beynəlxalq hüquqda və BMT-nin nizamnaməsində öz əksini tapır ki, hər bir dövlətin özünü müdafiə etmə haqqı var. Əgər Ermənistan şərti sərhəddə atəşkəsi pozursa, bu zaman Azərbaycan tərəfindən amansız cavablar veriləcəkdir. Bunu dəfələrlə Azərbaycanın Prezidenti də öz müsahibələrində qeyd edib. Son vaxtlar Ermənistanın Qərb tərəfindən silahlandırılması da bir daha onu göstərir ki, Ermənistan sülh sazişi əldə etmək niyyətində deyil. Bu silahlandırmada məqsəd yenidən Ermənistanla Azərbaycan arasında münaqişə yaratmaq, atəşkəsin pozulması ilə  yenidən beynəlxalq aləmin diqqətini Cənubi Qafqaza yönəltməkdir. Paşinyanın məqsədi başda ABŞ olmaqla Qərb koalisiyasını, sülhməramlı qüvvələrini Ermənistan-Azərbaycan sərhəddinə gətirməkdir. Bunun üçün də mütləq şəkildə yenidən Azərbaycanla münaqişə ocağı yaradılmalıdı. Təbiidir ki, Qərbinin silahlı qüvvələrinin Cənubi Qafqaza gəlməsi region dövlətlərinin marağına uyğun deyil. Bu baxımdan Paşinyanın apardığı siyasət Cənubi Qafqazda sabitliyin  pozulmasına hesablanıb. Paşinyan və Ermənistan dövləti bir şeyi anlamalıdır ki, əgər yenidən xarici dövlətlərin əlində alətə çevirilib,  Cənubi Qafqazı yenidən münaqişə ocağına körükləyəcəklərsə və bu alovlandırılacaqsa, ən çox ziyanı Ermənistan çəkəcək. 
O ki qaldı Avropa İttifaqının bu təxbirata reaksiyasına, açığı, Qərbin Cənubi Qafqaza girməsi üçün mütləq şəkildə Ermənistan Cənubi Qafqazda stabilliyi pozmalıdır ki, Qərb bunu bəhanə edərək bölgəyə girsin. Artıq ekspertlər də qeyd edir ki, snayperdən atılan güllə xarici güllələrdir. Bu bir daha onu göstərir ki, Qərb Ermənistanı silahlandırmaqla münaqişə ocağını körükləmək istəyir və bu münaqişə ocağı körükləndikcə Cənubi Qafqaza girmək üçün daha asan yollar axtara bilər. Ermənistan bilməlidir ki, Qərbin Cənubi Qafqaza girməsi region dövlətlərinin strateji maraqlarına uyğun deyil. Bu münaqişə ocağının körüklənməsi ilə regionda yeni qaynar ocaqlar yaranır və bu region dövlətlərinin maraqlarına ziddir. Bu  baxımdan Paşinyanın apardığı siyasət sabitliyi  pozacaq siyasətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31