Milli məkan məlumatlarının monitorinqi qaydası təsdiqləndi
14 Fevral 2024 20:50 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi qaydası təsdiqlənib.
Olaylar.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi "Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi Qaydası"na uyğun olaraq milli məkan məlumatlarının monitorinqini aparmalıdır.
Milli məkan məlumatlarının monitorinqinin aparılması prosesində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kosmik peyk vasitəsilə təqdim etdiyi "Yerin məsafədən müşahidəsi xidmətləri"ndən istifadə edilməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31