Roy Beyker İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının prezidenti Roy Beyker Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar.az president.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu gün Azərbaycan dünyada surətlə inkişaf edərək öz vətəndaşları üçün böyük imkanlar yaradan, həmçinin davamlı tərəqqini təmin edən ölkə kimi tanınır. Bu tərəqqi Sizin Azərbaycanı daha güclü və qüdrətli dövlət etmək bacarığınızdan xəbər verir. İnanıram ki, yeni prezidentliyiniz dövründə Azərbaycan inkişafını davam etdirəcəkdir.

Sizin bütün sahələrə, xüsusilə də idman sahəsinə dəstəyinizi alqışlayıram. Azərbaycan bir çox mühüm idman tədbirlərinə, festivallara, xüsusilə də Formula 1 yarışlarına ev sahibliyi edir. Buna görə də Bakı bütün dünyada idmanın mərkəzi kimi tanınır.

Zati-aliləri, Sizə və ailə üzvlərinizə ən dərin ehtiramımı və xoş arzularımı bildirirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31